“Bakı” jurnalının Azərbaycan prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş xüsusi sayı çapdan çıxıb - FOTOSESSİYA
182 səhifəlik illüstrasiyalı jurnalda prezident İlham Əliyevin uşaqlıq və gənclik illərini, tələbəlik dövrünü və siyasi fəaliyyətini əks etdirən məqalələr və fotolar dərc olunub. Ailə şəkilləri ilə illüstrasiya olunmuş “Heydər və Zərifə Əliyevlər” adlı məqalədə müəllif Elmira Axundova Azərbaycan prezidentinin valideynləri - görkəmli siyasi xadim Heydər Əliyev və akademik Zərifə Əliyeva haqqında fikirlərini bölüşüb.
Bakının müasir simasını əks etdirən fotolarla zəngin məqalə də böyük maraq doğurur. Məqalədə qeyd olunur ki, Bakının yeni, işıqlı və sevincli simasını müasir dövrün ən tanınmış arxitektorları yaradırlar.
Jurnalda dövlət başçısının ailə üzvlərinin, yaxın qohumlarının, tanınmış siyasət, biznes, mədəniyyət və incəsənət xadimlərinin, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən vətəndaşların təbrikləri dərc olunub.
“Bakı” jurnalının baş redaktoru Leyla Əliyeva təbrik məktubunda Azərbaycan prezidentinə ən xoş arzularını çatdırıb: “Öz adımdan demək istəyirəm: belə bir atam olduğuna görə xoşbəxtəm. Yəqin, hər kəs özünə görə yaxşıdır, hər kəsin müsbət keyfiyyətləri, uğurları, xidmətləri var. Lakin sənin simanda ən ləyaqətli, yaxşı və alicənab xüsusiyyətlər toplaşıb”.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva dövlət başçısı İlham Əliyevi ləyaqətli, vicdanlı və səmimi insan kimi xarakterizə edib: “İlhamla artıq 30 ilə yaxındır bir yerdəyik. Birgə həyatımızda çoxlu parlaq, xoşbəxt, unudulmaz günlər və hadisələr olub. Lakin çətinlik və problemlər, əvəzi doldurulmayacaq itkilər və dərin kədərlə də üzləşmişik. Bəzən biz sakitcə və tələsmədən planlar qururduq, bəzən isə qəti və təxirəsalınmaz hərəkətə keçmək vaxtı gəlirdi. Əminəm ki, həyatımızda hələ çox şey baş verəcək. İlhamın dediyi kimi, əsas məsələ ləyaqəti qoruyub saxlamaq, vicdanlı və səmimi olmaqdır. İlham məhz belə insandır”.
Dövlət başçısının qızı Arzu Əliyeva atasının məsləhətlərinə hər zaman ehtiyac duyduğunu deyib: “Ailəmizdə sən hamının qayğısına qalır, arzularımızla maraqlanır və həmişə bizə dəstək olmağa hazır olursan. Mənim üçün sənin məsləhətlərin çox vacibdir, sənin sevgini hiss etdiyimə görə xoşbəxtəm. Anamla münasibətləriniz mənim üçün həmişə nümunə olaraq qalacaq. Artıq uzun illərdir, ailə qursanız da, qarşılıqlı sevginiz və hörmətiniz hər gün daha da güclənir. Çox istəyirəm ki, mənim də bu cür dostluq və sevgi əsasında qurulmuş ailəm olsun. Ata, arzu edirəm ki, həmişə sağlam olasan və tez-tez gülümsəyəsən. Çiyinlərində böyük yük var və istəyirəm ki, tez-tez istirahət edəsən. Bütün arzularının həyata keçməsini, Azərbaycanın daha qüdrətli və gözəl olmasını arzulayıram”.
Prezidentin oğlu Heydər Əliyev də təbrikində atasını çox sevdiyini deyib: “Əziz ata, Səni çox istəyirəm. Səni ad günü münasibətilə təbrik edirəm. Sənə işlərində uğurlar arzulayıram. İstəyirəm ki, həmişə sağlam, gənc və güclü olasan. Səni həmişə sevindirməyə çalışacağam. Mənim arzum – böyüyəndə sənə oxşamaqdır. Təbrik edirəm”.
Jurnalda akademik Arif Paşayevin, akademik Cəmil Əliyevin, professor Nərgiz Paşayevanın, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahovun və digərlərinin təbrikləri də yer alıb.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Lənkəranda avtomobil hasara çırpılıb, ölən və yaralananlar var
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib