Bank Of Baku

Milli Məclisin payız sessiyasının sonuncu iclasının tarixi açıqlanıb

Milli Məclisin payız sessiyasının sonuncu iclasının tarixi açıqlanıb
# 26 dekabr 2011 09:14 (UTC +04:00)
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib. Belə ki, “Sosial xidmət haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi məsələləri müzakirə ediləcək.

İclasda bir neçə hökumətlərarası (Türkiyə, Qazaxıstan, Gürcüstan və s.) sazişlərin layihələrinin təsdiqi də gözlənilir. Gündəliyə Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərarına dəyişiklik edilməsi məsələsi də daxil edilib.
İclasda, həmçinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə MM-in müraciəti təsdiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR