Bank Of Baku

BAXCP: Azərbaycan Fransadakı səfirini geri çağırmalıdır

BAXCP: Azərbaycan Fransadakı səfirini geri çağırmalıdır
# 26 dekabr 2011 10:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP-dən APA-ya verilən məlumata görə, ictimai-siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əsas diqqət ötən həftə Fransa Milli Assambleyasında qondarma “erməni soyqırımı” iddialarının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna yönəldilib. Bununla bağlı bəyanat qəbul edilib. Bəyanatda Fransa Milli Assambleyasının qərarını pislənib, bu addımın demokratik düşüncəyə, söz və fikir azadlığı prirsiplərinə zidd olduğunu bildirilib.

Fransanın siyasi elitasının erməni diasporunun təsiri altında olduğunu xatırladan BAXCP İdarə Heyəti bu qərardan sonra adıçəkilən ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasını davam etdirməsinin qeyri-mümkünlüyünü, Bakının Fransanın vasitəçilik missiyasından imtina edilməli olduğunu vurğulayıb.

BAXCP hesab edir ki, Azərbaycan da Türkiyə kimi öz səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır: “Qanun Fransa senatı tərəfindən də qəbul edilərsə, Azərbaycan bu ölkə ilə bütün əlaqələrinə yenidən baxmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR