Bank Of Baku

ADP: Erməni soyqırımı olduğunu iddia edənlərə qarşı cəza müəyyənləşdirən qanun qəbul edilməlidir

ADP: Erməni soyqırımı olduğunu iddia edənlərə qarşı cəza müəyyənləşdirən qanun qəbul edilməlidir
# 26 dekabr 2011 12:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə ötən həftə baş verən ictimai-siyasi proseslər müzakirə olunub.

İdarə Heyəti Fransa parlamentində uydurma “erməni soyqırımı”nı inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulundan ciddi narahatlığını bildirib. İH üzvləri bu hadisənin insan haqları və söz azadlığına qarşı yönəlmiş bir fakt olduğunu qeyd etməklə, məsələnin kökündə Fransanın Türkiyə və eləcə də bütün türk dünyasına qarşı düşmən siyasətinin durduğunu söyləyiblər. Fransa parlamentinin bu qərarının eyni dərəcədə Azərbaycanın milli maraqlarına zidd olduğunu diqqətə çatdıran ADP, hakimiyyəti bu məsələdə Türkiyə ilə birgə fəaliyyət göstərməyə, Fransanın tərəf saxlayan bir dövlət kimi Minsk qrupundakı fəaliyyətini dondurmaq üçün praktik addımlar atmağa və Azərbaycanda “erməni soyqırımı” olduğunu iddia edənlərə qarşı cəza müəyyənləşdirən qanun layihəsinin müzakirəyə çıxarılmasını gündəmə gətirməyə çağırıb.

İdarə Heyəti üzvləri İran prezidenti Mahmud Əhmədinejatın Ermənistana səfərinin nəticəsi olaraq bu ölkələr arasında Araz çayı üzərində hidroelektirik stansiyasının tikilməsi barədə əldə edilən razılaşmadan ciddi narahat olduqlarını da bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR