Bank Of Baku

ADP 2011-ci ilin yekunlarını dəyərləndirib

ADP 2011-ci ilin yekunlarını dəyərləndirib
# 27 dekabr 2011 11:27 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə başa çatmaqda olan ilin ən mühüm siyasi hadisələri təhlil edilib, ilin siyasi mənzərəsi dəyərləndirilib.

İdarə Heyəti tərəfindən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsini ilin müsbət siyasi hadisəsi kimi qiymətləndirilib, işğalçı Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində qeyri-konstruktiv hərəkətləri tənqid olunub. Eyni zamanda xalqın sosial-iqtisadi vəziyyətinin bu il ərzində daha da pisləşməsi, vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması faktları, bəzi regionlarda məmur özbaşınalığı və səlahiyyətli şəxslərin vəzifəsindən sui-istifadə hallarının geniş vüsət alması, insan hüquq və azadlıqlarının qorunması sahəsində problemlərin hələ də qalması diqqətə çatdırılıb.

Başa çatmaqda olan ildə Azərbaycanın üzv olduğu və üzərinə öhdəliklər götürdüyü beynəlxalq təşkilatların ölkə ilə əlaqədar fəaliyyəti də qeyri-qənaətbəxş sayılıb. ADP hesab edir ki, Avropa Birliyi və NATO ilə əməkdaşlıq layihələrində geriləmələr qeydə alınıb, ATƏT-in demokratiya və insan hüquqları sahəsində hər hansı müsbət fəaliyyəti hiss olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR