Bank Of Baku

Azərbaycan prezidenti Bakıda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti Bakıda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub
# 27 dekabr 2011 19:05 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, tikintinin layihəsi əsasında görülən və görüləcək işlər barədə prezident İlham Əliyevə məlumat verilib. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin həyətyanı sahəsində görülən inşaat işləri ilə tanış olub. Burada aparılan işlər barədə prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib.
Azərbaycan prezidenti inşaat işlərinin aparıldığı ayrı-ayrı tikinti sahələrini gəzib, görülən işlərlə yerindəcə tanış olub.
İnşaatda istifadə olunacaq tikinti materialları barədə prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaq bu mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla yanaşı, beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcək.
Prezident İlham Əliyev inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR