Bank Of Baku

Azərbaycan prezidenti maaşların artırılması barədə sərəncamlar imzalayıb

Azərbaycan prezidenti maaşların artırılması barədə sərəncamlar imzalayıb
# 28 dekabr 2011 17:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, sərəncamda maaşların 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınıb.
Dövlət başçısı Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılması barədə də sərəncam verib. Prezident İlham Əliyevin başqa bir sərəncamı isə Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqındadır. Sərəncama əsasən, maaşlar 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılır.

Dövlət başçısının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamında qeyd olunub ki, maaşlar 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılır.
Nazirlər Kabinetinə sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR