Bank Of Baku

YAP yaşıllaşdırma aksiyası keçirib

YAP yaşıllaşdırma aksiyası keçirib
# 29 dekabr 2011 10:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə paytaxtın Nərimanov rayonu ərazisində yaşıllaşdırma aksiyası keçirilib. APA-nın məlumatına görə, aksiya zamanı Molla Cümə küçəsindəki 8 hektarlıq ərazidə 2012 ədəd leylandra ağacı əkilib.

Aksiyada YAP icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanı, YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP-çı deputatlar və digər şəxslər iştirak ediblər.

YAP-ın sədr müavini, icra katibinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında ərazidə əkilən ağacların sayının qarşıdan gələn 2012-ci illə əlaqədar olduğunu deyib: “Bu kampaniya növbəti il ərzində də davam edəcək”.

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə də tədbirin əhəmiyyətindən danışaraq partiya üzvlərinin bu aksiyada aktiv şəkildə iştirak etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR