Bank Of Baku

Siyavuş Novruzov: “YAP-ın ağac əkmə kampaniyaları fonunda bəzi müxalifətçilər ağacları, pəncərələri qırmaq, vətəndaşların mülkiyyətlərinə ziyan vurmaq kimi ziyanlı işlərlə məşğuldur”

Siyavuş Novruzov: “YAP-ın ağac əkmə kampaniyaları fonunda bəzi müxalifətçilər ağacları, pəncərələri qırmaq, vətəndaşların mülkiyyətlərinə ziyan vurmaq kimi ziyanlı işlərlə məşğuldur”
# 29 dekabr 2011 11:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Hər bir insan bacardığı qədər ağac əkmək, su çəkmək və digər bu kimi işlərdə fəallıq göstərməlidir. Yeni Azərbaycan Partiyası da mövsümə uyğun olaraq ağac əkmə kampaniyası keçirir, bu iş mütəmadi olaraq davam edir. Bəzi siyasi çevrələr isə xeyirli deyil, ziyanlı işlərlə məşğuldurlar”. APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, YAP-ın ağac əkmə kampaniyaları keçirməsi fonunda özünü “müxalifətçi” adlandıran bəzi şəxslər əkilən ağacları qırmaq, vətəndaşların mülkiyyətlərinə ziyan vurmaq, pəncərələrini qırmaq kimi ziyanlı işlərlə məşğul olur: “Onların keçirdiyi aksiyalar zamanı görürük ki, aksiyaların sonu ziyanla başa gəlir. Belələri bu və digər gəncləri öyrətmək, yoldan çıxarmaqla onları cinayətə sövq edilər, vətəndaşların mülkiyyətinə və şəxsiyyətinə ziyan vurmağa, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya səsləyirlər. Yaxşı olardı ki, onlar da ziyanlı işləri görməkdənsə, ciddi, vacib, xalqın maraqlarına söykənən işlərlə məşğul olsunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR