Bank Of Baku

Ziyalılar Forumunun toplantısı baş tutmayıb - FOTO

Ziyalılar Forumunun toplantısı baş tutmayıb -  <font color=red>FOTO</font>
# 29 dekabr 2011 12:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Ziyalılar Forumunun bu gün keçirilməli olan toplantısı baş tutmayıb. APA-nın xəbərinə görə, tədbirin keçirilməli olduğu «Hyatt Regency» otelinin mühafizə xidməti mehmanxananın korpuslarında enerji təchizatında problemlərin olduğunu əsas gətirərək təşkilatçılara orada tədbir keçirməyin mümkünsüz olduğunu bildiriblər.

Forumunun həmtəsisçisi Eldar Namazov jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə saat əvvəl mehmanxananın inzibati bölməsinin əməkdaşı onunla əlaqə saxlayaraq belə bir xəbərdarlıq edib: “Mənə bildirdilər ki, mehmanxananın korpuslarında elektrik enerjisi təchizatı ilə bağlı ciddi problem yaranıb. Bunu nəzərə alaraq tədbir keçirməyin mümkün olmadığını açıqlayıblar”.

E. Namazov, buna baxmayaraq, forumun baş tutacağını, müzakirələrdən sonra toplantının vaxtının açıqlanacağını deyib.

Həmtəsisçi artıq baş verənlərlə bağlı forum adından bəyanat verildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR