Bank Of Baku

“Hyatt Regency” oteli Ziyalılar Forumunun tədbirinin baş tutmamasına aydınlıq gətirib

“Hyatt Regency” oteli Ziyalılar Forumunun tədbirinin baş tutmamasına aydınlıq gətirib
# 29 dekabr 2011 13:11 (UTC +04:00)
Bunu APA-ya “Hyatt Regency” oteli kompleksinin Marketinq və Satış Departamentinin satış koordinatoru Leyla Ramazanova deyib.

L. Ramazanovanın sözlərinə görə, “Hyatt Regency”-nin standartlarına görə, otelin hər yerində təhlükəsizlik kameraları quraşdırılıb: “Onlar işə düşmədiyindən, kameralar da çəkə bilmir, yəni bu sistemdən informasiya ala bilmirik. Bununla əlaqədar planlaşdırılmış tədbirlərin hamısı təxirə salınıb və ya ləğv edilib”.

L. Ramazanova “Hyatt Regency”-nin elektrik sistemində nasazlığın bu gün səhər saatlarından yarandığını bildirib: “Biz bununla bağlı tədbirlər keçirəcək tərəflərlə əlaqə saxlayaraq məlumat vermişik”.

Qeyd edək ki, Ziyalılar Forumunun oteldə keçirilməsi nəzərdə tutulan tədbiri də baş tutmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR