Bank Of Baku

Yeni siyasi hərəkat yaradılması ilə bağlı ilkin müzakirələr başlayıb

Yeni siyasi hərəkat yaradılması ilə bağlı ilkin müzakirələr başlayıb
# 29 dekabr 2011 15:08 (UTC +04:00)
Bakı – APA. Klassik Xalq Cəbhəsi Partiyasının mənzil-qərargahında KXCP, ACP, Aydınlar, Azadlıq partiyalarının rəhbərləri, Vətəndaş Hərəkatı Forumunun təmsilçiləri və istiqlalçı deputatların iştirakı ilə keçirilən görüşdə hərəkat yaradılması barədə ilkin birgə müzakirələr başlanıb. KXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirələr zamanı indiyə qədər keçirilmiş ikitərəfli görüşlərin nəticələri təqdir olunub.

Görüşdə digər siyasi partiya, ictimai təşkilat və fərdlərin yaradılması nəzərdə tutulan hərəkatda təmsil olunması haqqında məlumatlar da müzakirə edilib. Növbəti görüş 2012-ci il yanvar ayının 6-na təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR