Bank Of Baku

Nazim İbrahimov: “Azərbaycanlılar həmrəy olmağa məhkumdur”

Nazim İbrahimov: “Azərbaycanlılar həmrəy olmağa məhkumdur”
# 30 dekabr 2011 09:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bu cür böyük ideya və bu ideyanın reallaşmasına əmək sərf edən insanlar olan yerdə azərbaycanlılar həmrəy olmağa məhkumdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, həmrəylik məsələsinin reallaşması fərdi aktivliklə yanaşı, insanların mənsub olduqları ölkənin inkişafından da asılıdır: “Sevindirici haldır ki, Azərbaycanın inkişafı yüksək səviyyədə təmin olunub. Bu da dünyada yaşayan azərbaycanlıları daha da qətiyyətli olmağa, Azərbaycan ətrafında sıx birləşib, ölkəmizin səsini çatdırmağa sövq edir”.

N. İbrahimov həmrəyliyin əldə olunmasında gənclərin rolunun artdığını da söyləyib: “Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva bu işdə gənclərə nümunə ola bilər. Onun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında apardığı işlər gəncləri bu prosesə səfərbər edib. Azərbaycanlılar uzun illər ərzində 31 dekabrı köhnə ilin sonu, yeni ilin gəlişi kimi qəbul etməyə alışmışdılarsa, artıq hər bir azərbaycanlının evində 31 dekabr Həmrəylik Günü kimi daha önə çıxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR