Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib
# 30 dekabr 2011 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bu yaxınlarda Azərbaycan prezidenti tərəfindən 92 məhkumun əfv edilməsini yüksək qiymətləndirib: “Azərbaycan dövlətini 2012-ci ildə bir çox vacib işlər gözləyir. Ən əvvəl hazırda gündəmdə olan “Siyasi partiyalar haqqında” qanuna ediləcək əlavə və dəyişikliklərin yaz sessiyasında müzakirəyə çıxarılması zəruridir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də əfv fərmanını yüksək dəyərləndirərək, Arif Hacılı, Bəxtiyar Hacıyev və digərlərinin əfv siyahısına düşməməsindən təəssüfləndiyini söyləyib.

Parlamentin vitse-spikeri Bahar Muradova ad çəkməsə də, Cabbar Savalanlının “əfv ərizəsi yazmamışam” açıqlamasına münasibət bildirərək bunun qeyri-səmimi açıqlama olduğunu deyib: “Çıxandan sonra deyirlər ki, biz əfv üçün ərizə yazmamışıq. Bu, qeyri-səmimilikdir”.

Spiker Oqtay Əsədov isə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanı 75 yaşı tamam olması münasibətilə təbrik edib. Spiker xalq artistinin bugünkü iclasda iştirak etmədiyini, növbəti iclaslardan birində ona parlamentin diplom və medalının təqdim olunacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR