Bank Of Baku

Qüdrət Həsənquliyev: “Ermənistanı yaşadan iki ölkə var – İran və Türkiyə”

Qüdrət Həsənquliyev: “Ermənistanı yaşadan iki ölkə var – İran və Türkiyə”
# 30 dekabr 2011 10:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev İran və Türkiyəni Ermənistana yardım etməkdə ittiham edib. APA-nın məlumatına görə, BAXCP sədri hər iki ölkədə islamçıların hakimiyyətdə olduğunu və Ermənistanı məhz bu 2 ölkənin ayaqda saxladığını söyləyib: “Biz adətən İranı tənqid edirik, amma Türkiyəni də yaddan çıxarmamalıyıq. Ermənistanı yaşadan iki ölkə var, bunların hər ikisi müsəlman dövlətləridir”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycandan və Ermənistandan Türkiyəyə işləmək məqsədilə gedənlər üçün yaradılan şəraitdən danışıb. O, Ermənistan vətəndaşlarına Azərbaycan vətəndaşları ilə müqayisədə daha yaxşı şərait yaradıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR