Bank Of Baku

Milli Məclis bir sıra qanun layihələrini qəbul edib

Milli Məclis bir sıra qanun layihələrini qəbul edib
# 30 dekabr 2011 10:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin iclasında bir sıra qanun layihələri qəbul olunub. APA-nın məlumatına görə, bunlar “Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin təsis edilməsi haqqında”, "Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında" sazişin təsdiq edilməsi barədə”, "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında" sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə” və "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında diplomatik nümayəndəliklərinin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında" sazişin təsdiq edilməsi barədə” qanunlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR