Bank Of Baku

AXCP Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib

AXCP Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib
# 30 dekabr 2011 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təşkilatın Naxçıvan şöbəsinin üzvü Zeynal Bağırzadənin həbsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, polis paytaxt rəhbərliyi ilə razılaşdırılmamış aksiyanın qarşısını alıb. Etiraz aksiyası iştirakçılarından 6 nəfəri, o cümlədən AXCP sədrinin müavini və Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Asəf Quliyev saxlanılıb.

Qeyd edək ki, Naxçıvan şəhər Məhkəməsi AXCP üzvü Zeynal Bağırzadə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurma) maddələri ilə təqsirləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR