Ziyalılar Forumunun toplantısının baş tutmaması ilə bağlı mətbuat konfransı keçirilib
APA-nın məlumatına görə, mətbuat konfransını tarixçi-alim Cəmil Həsənli aparıb. C. Həsənli deyib ki, tədbirin keçirilməli olduğu “Hyatt Regency” mehmanxanasının rəhbərliyi yığıncağın keçirilməli olduğu korpusunda enerji təchizatında problemlərin olduğunu əsas gətirərək təşkilatçılara tədbir keçirməyin mümkünsüz olduğunu bildirib. Bu arqumentə inanmadıqlarını deyən C. Həsənli bunu otel rəhbərliyinə edilən təzyiqin nəticəsi kimi dəyərləndirdiklərini söyləyib: “Ziyalılar forumun toplantısının qarşısını bu cür almaq çox primitiv görünür. Bizim irad və təkliflərimiz düzgün qəbul olunmur. Ziyalılar Forumuna toplaşanların siyasi iddiası yoxdur. Biz millətin içindən çıxmışıq və indiyə qədər vətəndaşlarımızın problemlərini, cəmiyyəti uçuruma aparan məsələləri yaxşı bilirik”.
C. Həsənli vurğulayıb ki, onların ötən gün keçirmək istədikləri toplantıda müzakirə mövzusu Azərbaycan gənclərin problemləri ilə bağlı olub: “Təəssüf ki, cəmiyyət bir sıra məqamlarda yalan üzərində formalaşdırılır. Bu da uğurlu gələcək vəd etmir”.
Ölkədəki mövcud vəziyyəti təhlil edən xalq yazıçısı Əkrəm Əylisli bildirib ki, onlar problemləri demək və həll etmək istəyirlər. Ə. Əylisli “Ərəb baharı” ilə bağlı da danışıb: “Həmin ölkələrdə baş verən hadisələr demokratiyanın formalaşmasına gətirib çıxarmadı, əksinə dövləti dağıtdı. Biz Azərbaycanda bu cür vəziyyətin yaranmasını istəmirik”.
Xalq yazıçısı Rüstəm İbrahimbəyov isə diqqəti ölkədə rüşvət hallarına yönəldib: “Hamı bilir ki, uşaq bağçasından universitetlərə qədər hər yerdə rüşvət halları mövcuddur. Bu, Azərbaycanın gələcəyini təhlükəyə aparır. Bu problem həllini tapmalıdır”. R. İbrahimbəyov daxili siyasi prosesləri tənqid edib və bu proseslərdə iştirak etməyəcəyini söyləyib: “Ziyalı mövqeyindən çıxış etməklə ölkədəki problemlərin həll olunmasını istəyirik. Ziyalı baş verənləri - həqiqəti deməlidir”.
Forumun koordinatoru Eldar Namazov isə “Hyatt Regency” mehmanxanasını baş verənlərlə bağlı məhkəməyə verməyəcəklərini deyib: “Bu mehmanxana dünyada mövcud olan böyük şəbəkənin tərkibində fəaliyyət göstərir. Həmin şirkətlə danışmışıq, onlar da bunu texniki səbəb kimi təqdim ediblər”.
Professor Rafiq Əliyev də çıxışını ölkədəki problemlər üzərində qurub.
Qeyd edək ki, Ziyalılar Forumunun dekabrın 29-da keçirilməli olan toplantısı “Hyatt Regency” otelində enerji təchizatında problemlər yaranması səbəbindən baş tutmayıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO