Elnur Aslanov: “Cənab Prezident yeni inkişaf konsepsiyasının hazırlanmasına dair sərəncam verməklə Azərbaycanın keyfiyyət transformasiyasının zəruri əsaslarının işlənib ictimaiyyətə təqdim edilməsinə rəvac verib”
- Tamamilə doğrudur, dekabr ayının 29-da Azərbaycanın yeni inkişaf strategiyası ilə bağlı müzakirələr keçirilib, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılıb. Bu konseptual sənədin Azərbaycan xalqının gələcəyi üçün əhəmiyyətini nəzərə alaraq, onun hazırlanmasına mütəxəssislərin, elm adamlarının, geniş ziyalı kütləsinin cəlb edilməsi cənab Prezidentin sərəncamından irəli gələn vəzifədir. Bu dövlət və vətəndaş arasında mövcud sağlam münasibətlərin təzahürüdür. Tarixən cəmiyyətin maarifçi qüvvəsini yerinə yetirən ziyalı təbəqəsi, milli inkişafın əsaslarının hazırlanmasında xüsusi rol oynayıb. Bu gün, onların bilik və bacarıqlarından istifadə edilməsi, yeni kreativ, biliklərə əsaslanan innovativ iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, tədbirdə dövlət nümayəndələri ilə yanaşı, millət vəkilləri, ali məktəb və elm müəssisələrinin rəhbərləri, tədqiqat mərkəzlərinin və ictimaiyyətin nümayəndələri iştirak edirdi. Müzakirələr zamanı səslənən fikirlər insan fəaliyyətinin müxtəlif aspektlərini əhatə edirdi. Bu, inkişaf konsepsiyasının daha da zənginləşməsinə və onun çoxşaxəliliyinə xidmət edir.
- Bu görüşün əhəmiyyətini nədə görürsünüz?
- Bu dialoq xarakterli görüşün əhəmiyyəti təkcə onun tərkibinin rəngarəngliyində deyil, eyni zamanda müxtəlif fikirlərin, ideyaların plüralizmində, və onların strateji fəaliyyət planına verdiyi özünəməxsus çalarlarındadır. Çünki sırf texnokrat mövqeyindən yanaşılanda belə bir konsepsiyanın mütəxəssislər tərəfindən hazırlanması daha məqsədəuyğun hesab edilir. Lakin bu cəmiyyətdə baş verən hadisələri, vətəndaşların qayğılarını, mövcud və qısa müddət ərzində həllini gözləyən problemləri nəzərə almaya da bilər. Azərbaycan rəhbərliyi isə tamamilə fərqli bir prizmadan çıxış edir. Məqsəd, əhalinin həyat tərzinin daimi yaxşılaşdırılması fonunda, yeni sosial-iqtisadi münasibətlərin təşəkkül tapmasını şərtləndirən zəruri addımların atılmasını, dəyişikliklərin həyata keçirilməsini təmin etməkdir. Buna görə də, ictimaiyyət nümayəndələri və ziyalılarla təşkil edilən birbaşa dialoq, cəmiyyəti narahat edən məsələlərin yeni inkişaf konsepsiyasında öz əksini tapmasına və mövcud resursların rasional və optimal istifadəsi sayəsində onların həlli yollarının müəyyən edilməsinə şərait yaradır. Cənab Prezident yeni inkişaf konsepsiyasının hazırlanmasına dair Sərəncam verməklə Azərbaycanın keyfiyyət transformasiyasının zəruri əsaslarının işlənib ictimaiyyətə təqdim edilməsinə rəvac verib.
Eyni zamanda, dövlət və vətəndaş münasibətləri qarşılıqlı əməkdaşlıq, hər bir tərəfin öz məsuliyyətini dərk edib, götürdüyü öhdəliklərə uyğun fəaliyyət göstərməsi istiqamətində inkişaf edir və təyin edilən hədəflərə qısa müddət ərzində və səmərəli şəkildə nail olmağa imkan verir. Bu, məhz prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilən səmərəli və ədalətli dövlətçiliyin bariz nümunəsidir. Biz bu siyasi xəttə sadiqik və onu Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin, o cümlədən ziyalıların, mütəxəssislərin birgə fəaliyyəti sayəsində gələcəkdə də davam etdirəcəyik. Növbəti 2012-ci ildə geniş tərkibdə belə görüşlərin keçirilməsi planlaşdırılır.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO