Bank Of Baku

MSK Katibliyinin Əsasnaməsi dəyişdiriləcək

MSK Katibliyinin Əsasnaməsi dəyişdiriləcək
# 05 yanvar 2012 09:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Əsasnaməsinə dəyişiklik ediləcək. APA-nın məlumatına görə, dəyişikliklə bağlı qərarın MSK-nın növbəti iclaslarının birində qəbul ediləcəyi gözlənilir. Əsasnamə Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu və ştat vahidinə edilmiş dəyişikliklərə uyğunlaşdırılacaq.

Xatırladaq ki, MSK-nın sonuncu iclasında Katibliyin mövcud strukturu və ştat vahidləri yenidən müəyyən edilərək təsdiqlənib. Qərara alınıb ki, ştat vahidlərinin sayı 118 olmaqla struktur yenidən təsdiq edilsin. Eyni zamanda MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin Katibliyin tərkibinə daxil edilməsi, Katibliyin tərkibində bir şöbə və beş sektorun yaradılması, iki şöbənin isə adının dəyişdirilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR