Bank Of Baku

AMİP rəhbərliyi Əli Orucovun partiyanın mətbuat və təbliğat katibi vəzifəsindən istefa verdiyini açıqlayıb

AMİP rəhbərliyi Əli Orucovun partiyanın mətbuat və təbliğat katibi vəzifəsindən istefa verdiyini açıqlayıb
# 06 yanvar 2012 11:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Əli Orucov Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi vəzifəsindən istefa verib”.

Bu açıqlamanı APA-ya AMİP baş katibi Arzuxan Əlizadə verib. A. Əlizadə qeyd edib ki, hazırda bu səlahiyyətləri öz üzərinə götürüb: “Əli Orucov partiyanın stajlı üzvlərindəndir və uzun illərdir rəhbərlikdə təmsil olunur. Partiyaya da mütəmadi gəlib gedir”. A. Əlizadə yaxın vaxtlarda AMİP mətbuat və təbliğat katibi vəzifəsinə yeni şəxsin təyin olunacağını bildirib.

Əli Orucov isə AMİP mətbuat və təbliğat katibi vəzifəsindən çıxması ilə bağlı partiyanın baş katibinin açıqlamasını inkar edib. O, xəbərin həqiqətə uyğun olmadığını və vəzifəsini icra etdiyini bildirib: “İstefa verməmişəm. İstefamla bağlı heç bir rəsmi sənəd də imzalamamışam. Bu qərəzli bir informasiyadır. Partiyada hər kəs - mən, Yusif Bağırzadə, Arzuxan Əlizadə əvəz edilə bilər. Amma məni istefaya göndərmək istəyənlər heç olmazsa bunu nizamnamə qaydaları ilə həll edərdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR