AMİP-də ciddi fikir ayrılığı yaranıb
AMİP baş katibi Arzuxan Əlizadə məsələnin çözüləcəyinə inandığını və Ə. Orucovun mövqeyindən daşınacağına ümidli olduğunu söyləyib: “İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkiyə iki gün qalıb. Əli Orucov da ola bilsin əvvəlcədən namizədliyi ilə bağlı qərar verib. Siyasi Şuranın iclası ötən gün olub. Hesab edirəm ki, Əli Orucov qərarla tanış olduqdan sonra öz mövqeyini dəyişməlidir. O, uzun müddət partiyanın rəhbərliyində təmsil olunub, bu gün də Mərkəzi Şuranın üzvü kimi fəaliyyətini davam etdirir”.
A. Əlizadə əlavə edib ki, AMİP-də qərarlar verilənə qədər fikir müxtəlifliyi ola bilər: “Amma qərar verildikdən sonra hamı bir nəfər kimi bu qərara tabedir. Əli Orucov da bu məsələdə istisna deyil. Hesab edirəm ki, yaxın iki gün ərzində məsələ çözüləcək və Əli Orucov partiyanın qərarına hörmətlə yanaşacaq”.
Əli Orucov isə gərginliyin yaranmasında digər tərəfi ittiham edərək bildirib ki, Siyasi Şuranın sonuncu iclasında iştirak edib və qərardan da həmin gün xəbərdar olub: “Ancaq mən fərdi qaydada iddiamı ortaya qoymuşam və İctimai Palatada partiyanı təmsil etmirəm. İctimai Palatada təmsil olunan digər AMİP-çilər də partiyanı təmsil etmir. Əgər İctimai Palatanın fəaliyyətində fərdi qaydada iştirak ediriksə, bu qurumun Koordinasiya Şurasında, o cümlədən digər seçkili orqanlarında da təmsil olunmaq hüququmuz var. Siyasi Şuranın bu qərarı məntiqə sığmır. Necə olar ki, AMİP üzvləri İctimai Palatada təmsil oluna bilərlər, amma Koordinasiya Şurasına üzv seçilə bilməzlər? Bunu mənə anlatsınlar”.
Ə. Orucov geri çəkilməyəcəyini və mövqeyində israrlı olduğunu bəyan edib: “Hər hansı addımı atmazdan öncə düşünürəm, təhlillər aparıram, əqidə dostlarımla məsləhətləşirəm. Namizədliyimi düşünülməmiş şəkildə irəli sürməmişəm. Digər tərəfdən, hər zaman Etibar Məmmədovu özümə lider hesab etmişəm, onun məsləhət və tövsiyələrinə ehtiyac duyduğum qədər, buna uyğun da hərəkət edirəm”.
Qeyd edək ki, bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda AMİP-in İctimai Palata ilə münasibətləri və Koordinasiya Şurasına seçkilər məsələsi müzakirə olunub. Siyasi Şura AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırılması ilə bağlı 18 aprel 2011-ci il tarixli qərarı qüvvədə saxlayıb və İctimai Palatanın Koordinasiya Şurasına seçkilərdə İctimai Palatada təmsil olunan AMİP üzvlərinin namizəd qismində iştirakı məqsədəuyğun sayılmayıb.
Xatırladaq ki, AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürüb. Koordinasiya Şurasına seçki yanvarın 8-də baş tutacaq.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub - YENİLƏNİB
AQTA Gəncədə 8 nəfərin yas mərasimində zəhərlənməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB 2
Füzulidə açıq ərazilərdə yanğın baş verib
Fransa Livanda beynəlxalq qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb
İsrail Qəzzada HAMAS-ın hərbi obyektini vurub
Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar
Kəlbəcərdə yeniyetmə çaya düşüb
İsraildə növbəti parlament seçkilərinin tarixi açıqlanıb
İrana raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
FHN Abşeron ərazisində baş vermiş yanğının söndürülməsi ilə bağlı işlər görür
İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İranın Qeşm adasına 10-11 raket atılıb
İranın bəzi bölgələrində partlayış səsləri eşidilib
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhərini su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir