Bank Of Baku

Əhməd Oruc: “Yeni yaradılan qurum demokratik seçki uğrunda hərəkat olacaq”

Əhməd Oruc: “Yeni yaradılan qurum demokratik seçki uğrunda hərəkat olacaq”
# 06 yanvar 2012 14:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Yeni yaradılan qurum demokratik seçki uğrunda hərəkat olacaq”.

Bu açıqlamanı APA-ya yeni yaradılan hərəkatın həmtəsisçisi, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. O deyib ki, siyasi partiyaların, ictimai təşkilatların, mətbuat orqanlarının nümayəndələrin, ayrı-ayrı fərdlərin, ziyalıların təmsil olunacağı formatın yaradılması niyyətindədirlər: “Qurumun adı ilə bağlı müxtəlif təkliflər olsa da, razılaşma yoxdur. Ancaq fəaliyyət istiqamətləri ilə bağlı təkliflər var. Bəziləri seçki mühiti ilə bağlı fəaliyyəti, digərləri isə daha geniş miqyaslı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini məqsədəuyğun hesab edirlər. Bu məsələ yəqin ki, yanvarın 9-da razılaşdırılacaq”.

Ə. Oruc yeni hərəkatın müxalifət daxilində qütbləşməyə gətirib çıxaracağına inanmadığını da söyləyib: “Əksinə, ölkədə demokratik mühitin yaradılması, çoxlu birliklərin fəaliyyət göstərməsi müsbət amildir”.

Qeyd edək ki, bu gün Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında 5 partiyanın sədrinin iştirakı ilə toplantı keçirilib.

KXCP, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası və Azadlıq Partiyasının qatıldığı yığıncaqda yeni hərəkatın yaradılması ilə bağlı qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR