Bank Of Baku

Azərbaycan İslam Partiyası qurultay qərarı verib

Azərbaycan İslam Partiyası qurultay qərarı verib
# 07 yanvar 2012 09:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan İslam Partiyasının (AİP) növbəti Baş Məclisi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 2011-ci ilin yekunları və 2012-ci il üçün əsas fəaliyyət istiqamətləri, ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr haqda müzakirələr aparılıb.

Sonra zona əlaqələndiricilərinin hesabatı dinlənilib.

Baş Məclis 2012-ci ildə növbəti qurultayın keçirilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, bu il AİP-in fəaliyyətinin 20 ili tamam olacaq. Baş Məclis bu münasibətlə də geniş tədbirlər keçirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR