Bank Of Baku

Arzu Səmədbəyli: “Arif Hacılı başqanlığa namizəd olsa, mən geri çəkiləcəyəm”

Arzu Səmədbəyli: “Arif Hacılı başqanlığa namizəd olsa, mən geri çəkiləcəyəm”
# 07 yanvar 2012 10:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Müsavat Partiyası Məclisinin bu gün keçirilən iclasında Məclisin sədri Arzu Səmədbəyli deyib.

O qeyd edib ki, əgər partiyanın Mərkəzi İcra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı Müsavat başqanı postuna keçiriləcək seçkilərdə iştirak edərsə, başqanlıq iddiasından çəkiləcək: “Mən mövqeyimi müəyyənləşdirmişəm. Arif Hacılı namizədliyini irəli sürərsə, mən həbsdə olan biri ilə mübarizə aparmağı məqsədəuyğun hesab etməyəcəyəm”.

A. Səmədbəyli zamanı gəldikcə məsələnin aydınlaşacağını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR