Bank Of Baku

İsa Qəmbər kimləri İctimai Palatanın Koordinasiya Şurasında görmək istədiyini açıqlayıb

İsa Qəmbər kimləri İctimai Palatanın Koordinasiya Şurasında görmək istədiyini açıqlayıb
# 07 yanvar 2012 10:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Sabah İctimai Palatanın Koordinasiya Şurasına yeni seçkilər keçiriləcək. Koordinasiya Şurası üzvlərinin sayı 17 nəfər nəzərdə tutulub. Namizədliyini irəli sürmüş 22 namizəddən biri İmamverdi Cəfərov öz namizədliyini geri götürüb. Koordinasiya Şurası konsensus əsasında formalaşan qurum olmalıdır”. APA-nın məlumatına görə, bunu Müsavat başqanı İsa Qəmbər bu gün keçirilən Müsavat Məclisində deyib.

Hazırda 21 namizədin qaldığını xatırladan İ. Qəmbər bunlardan 13-nün əvvəl də Koordinasiya Şurasında təmsil olunduğunu qeyd edib: “Həmin 13 nəfərə səs verin. Bundan başqa, mən politoloq Leyla Əliyevadan xahiş etmişəm ki, Koordinasiya Şurasında təmsil olunsun. Çünki o tanınmış şəxsdir. Bütün müsavatçıları Vaqif Hacıbəyliyə də səs verməyə çağırıram. Dostum olduğu üçün deyirəm. Bir az tərs olsa da, işində namusludur və mübarizdir. Sizi qeyd etdiyim şəxslərə səs verməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR