Bank Of Baku

İsa Qəmbər: “Rafiq Tağını qətlə yetirənlərin məqsədi cəmiyyətdə parçalanmanın güclənməsinə xidmət etməkdir”

İsa Qəmbər: “Rafiq Tağını qətlə yetirənlərin məqsədi cəmiyyətdə parçalanmanın güclənməsinə xidmət etməkdir”
# 07 yanvar 2012 10:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Rafiq Tağının qətli hamını narahat etdi. O, xaincəsinə qətlə yetirildi. Bu hadisə cəmiyyətdə ciddi diskussiyalara səbəb olub”. Bunu Müsavat başqanı İsa Qəmbər bu gün keçirilən Müsavat Məclisində deyib.

Partiyanın qətlə münasibət bildirdiyini qeyd edən İ. Qəmbər hadisəni törədənlərin məqsədinin cəmiyyətdə parçalanmanın güclənməsinə xidmət etmək olduğunu vurğulayıb: “Artıq zaman keçdikcə bu fikrə əsaslanıram. Bu günə qədər hakimiyyətin konkret reaksiyasının olmaması da şübhələri artırır. Diskussiyalar zamanı bəziləri bildirdi ki, hadisə İran Ayətullahının fitvası ilə həyata keçirilib. Diqqətli olmalı və nəzərə almalıyıq ki, bu diskussiyalar cəmiyyəti parçalamasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR