Müsavat Məclisinin növbəti iclası keçirilib
Əvvəlcə iclasda rayon təşkilat sədrlərinin səlahiyyətləri və Məclis üzvləri təsdiq olunub.
Sonra partiyanın başqanı İsa Qəmbər hesabat xarakterli çıxış edib. O deyib ki, 2012-ci ildə partiyanın hədəflərindən biri də səylərin artırılması, gücün bu istiqamətdə birləşdirilməsidir. İ. Qəmbər İctimai Palatanın ötən il üçün fəaliyyətini irəliləyiş kimi dəyərləndirib: “Ölkədə azadlıqları bərpa etmək üçün müxtəlif aksiya və mitinqlər keçirilib. 2 aprel aksiyası 2011-ci ilin ən güclü aksiyası oldu. Bu aksiya hakimiyyəti ciddi şəkildə narahat etdi, beynəlxalq aləmin diqqətini çəkdi. Aksiyalarda tutulanların həbsdə saxlanması isə iqtidarın ciddi səhvidir”.
İclasda müxalifət-iqtidar dialoqu ilə bağlı məsələ də müzakirə mövzusu olub. A. Səmədbəyli deyib ki, müxalifət, o cümlədən Müsavat Partiyası mütəmadi olaraq dialoqla bağlı mövqeyini açıqlayıb, hətta iqtidara müvafiq sənəd də təqdim edilib.
Sonra çıxışlar olub. Məclis üzvü Mustafa Hacıbəyli aksiyaların tərəfdarı olduğunu bildirib, deyib ki, partiya icazəli aksiyaların keçirilməsindən imtina etməməlidir: “Bəzən hətta razılaşdırılmış yerdə mitinqin keçirilməsinə etiraz edirlər. Məncə bu barədə müzakirə aparılmalıdır”. M. Hacıbəyli qurultayın tez bir zamanda keçirilməsi və İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi təklifi ilə də çıxış edib: “Bu onun cəmiyyətdə tanınması, imici ilə də bağlıdır. Rəsul Quliyevin, Əli Kərimlinin prezidentliyə namizədliyi ilə bağlı da cəmiyyətdə fikirlər dövriyyəyə buraxılıb. Hesab edirəm ki, müxalifətin vahid namizədi İsa Qəmbər olmalıdır. Qurultayda bu məsələyə aydınlıq gətirilməli, mübahisələrə son qoyulmalıdır”.
Məclis üzvü Sabir Məmmədli isə çıxışını tənqidi fikirlər üzərində qurub: “Heç bir ölkədə hakimiyyət boşqabda kiməsə verilmir. İqtidarın cızdığı xətdən çıxa bilmirik. Biz bundan qaçmalıyıq. Bizim müxalifətçiliyimiz “Yeni Müsavat” qəzetinin müxalifətçiliyi qədərdir. Nə çox, nə az... İnternetdə, sosial şəbəkələrdə də fəallaşmaq lazımdır”.
Məclis üzvü Qubad İbadoğlu ölkədəki iqtisadi durum, sosial vəziyyəti barədə danışıb, iqtidarın iqtisadi islahatları, təqaüdçülərə münasibətini tənqid edib.
Müsavat Gənclər Təşkilatı Səxavət Soltanlı isə bu il Müsavatçı Gənclər Forumunun keçirilməsi, bununla bağlı Təşkilat Komitəsinin yaradılması təklifini irəli sürüb.
Məclis üzvü Tarif Əliyev isə partiyanın və İctimai Palatanın dəstəyi ilə xaricdən yayımlanan müstəqil televiziya kanalının açılması istiqamətində işlərin görülməsini təklif edib: “Bununla informasiya blokadasını yara bilərik”.
Sonra iclasda qurultayın vaxtı müəyyənləşib, fəaliyyət istiqamətləri təsdiq olunub, 2011-ci il aprelin 2-də keçirilən etiraz aksiyasında saxlanılanların azadlığa buraxılması tələbi ilə bəyanat qəbul edilib.
Sonda İ. Qəmbər bəzi partiya üzvlərini təşkilatın işində fəal iştiraka görə Müsavatın 100 illiyi diplomu ilə təltif edib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib