Bank Of Baku

Azərbaycanda üç siyasi partiyanın sədrləri arasında görüş keçirilib

Azərbaycanda üç siyasi partiyanın sədrləri arasında görüş keçirilib
# 07 yanvar 2012 15:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda Azərbaycanın Vətəndaş və İnkişaf (VİP), Yaşıllar (AYP) və Liberal (ALP) partiyalarının sədrləri arasında görüş keçirilib.

VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, VİP sədri Əli Əliyev, AYP sədri Mayis Güləliyev və ALP sədri Əvəz Temirxan arasında keçirilən görüşdə ölkədə və dünyadakı ictimai-siyasi vəziyyətlə yanaşı, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə dair məsələlər müzakirə edilib. Partiya sədrləri üç təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini önə çəkərək, 2012-ci ildə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Görüşdə bölgədə baş verən hadisələrin Azərbaycana mümkün təsirlərini dəyərləndirən partiya sədrləri ölkə hakimiyyətinin bütün hallarda dövlətin maraqlarına uyğun siyasət yürütməsinin zəruriliyini qeyd ediblər.

Partiya sədrləri Rafiq Tağının qətli ilə bağlı istintaqın intensivləşdirilməsi və qatilin ifşa edilməsi zərurətini vurğulamaqla yanaşı, onun öldürülməsini İslam dininə qarşı hücuma keçmək üçün fürsət bilənlərin antiislam bəyanatlarını və yolverilməz ifadələrini pisləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR