Bank Of Baku

YAP-ın yol qəzasında ölmüş təşkilat sədrinin yerinə seçki keçirilib

YAP-ın yol qəzasında ölmüş təşkilat sədrinin yerinə seçki keçirilib
# 09 yanvar 2012 09:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının IX konfransı keçirilib. APA-nın məlumatına görə, YAP rayon təşkilatı İdarə Heyətinin üzvü Azad Balayev hesabat məruzəsi ilə çıxış edib.

Konfransda təşkilati məsələyə baxılıb. Azad Balayev YAP Balakən rayon təşkilatının sədri seçilib. Təşkilatın Şurası, İdarə Heyəti və Nəzarət-Təftiş Qrupu da yenidən formalaşdırılıb.

Tədbirdə Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Aydın Mirzəzadə, rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış ediblər.
Qeyd edək ki, YAP-ın Balakən rayon təşkilatının əvvəlki sədri Akif Uluxanov 2011-ci il iyunun 11-də yol qəzasında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR