Bank Of Baku

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb
# 09 yanvar 2012 11:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, əvvəlki illərdə olduğu kimi bu il də Azərbaycan üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə yanvar ayının əvvəllərindən etibarən start verilib. Seçki Məcəlləsinin tələbinə əsasən, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Məntəqə seçki komissiyaları qanunla nəzərdə tutulmuş müddətdə müvafiq seçki məntəqəsinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsini həyata keçirəcəklər.

Seçki qanunvericiliyinin tələbinə görə, məntəqə seçki komissiyaları məntəqə üzrə dəqiqləşdirilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təhvil verməlidirlər. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklər. Mərkəzi Seçki Komissiyası isə vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini həyata keçirəcək. Bu proses mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR