Bank Of Baku

VİP Siyasi Şurasının iclası keçirilib

VİP Siyasi Şurasının iclası keçirilib
# 09 yanvar 2012 11:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ümumi vəziyyət, müxalifətdaxili inteqrasiya, təşkilatlanma və cari məsələlər müzakirə olunub. Toplantıda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əks olunan bir çox müddəalardan ciddi narahatlıq ifadə edilib.

Müxalifət qüvvələrinin bir araya gəlmələri təşəbbüsü və bu prosesin gedişi haqda məlumat verən VİP sədri Əli Əliyev partiyanın məqbul saydığı prinsip və mümkün əməkdaşlıq formatlarını açıqlayıb. Siyasi Şura VİP sədrinin bu istiqamətdə fəaliyyətini davam etdirməsini və açıqlanan prinsiplər əsasında qərarlar verməsini məqsədəuyğun sayıb.

İclasda VİP-in ideoloji prinsiplərinə yenidən baxılmasına dair partiyanın yerli təşkilatlarından daxil olan müraciətlər ətrafında fikir mübadiləsi aparılıb və bu məsələnin geniş müzakirəsi üçün Siyasi Şuranın xüsusi iclasının keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR