Bank Of Baku

ADP İdarə Heyətinin iclası keçirilib

ADP İdarə Heyətinin iclası keçirilib
# 09 yanvar 2012 13:45 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri İlk növbədə Hörmüz boğazı ətrafında İran və ABŞ arasında yaşanan gərginliklərin region dövlətləri üçün böyük təhlükə yarada biləcəyini bildiriblər. İclasda Ermənistan prezidenti S. Sərkisyanın Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağa səfəri pislənilib. Toplantıda həmçinin 2012-ci ildə partiyanın qarşısında duran vəzifələr və təşkilati planda görülməli işlərlə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR