Bank Of Baku

AMİP Mərkəzi Şurasının sədri: “Əli Orucovun istefaya getdikdən bir ay sonra bu xəbəri mətbuata çıxarması təəccüb doğurur”

AMİP Mərkəzi Şurasının sədri: “Əli Orucovun istefaya getdikdən bir ay sonra bu xəbəri mətbuata çıxarması təəccüb doğurur”
# 09 yanvar 2012 13:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “AMİP Mərkəzi Şurasının 2011-ci il dekabrın 10-da keçirilən sonuncu iclasında partiyanın mətbuat və təbliğat katibi Əli Orucov söz alaraq tutduğu postdan istefa verdiyi açıqlayıb. AMİP-də katiblik postu seçkili post deyil. Katiblər baş katib tərəfindən təyin olunur. Həmin vaxt Əli Orucovun istefası baş katib tərəfindən qəbul olundu. Həmin vaxtdan indiyədək AMİP adından yayılan mətbuat açıqlamalarını Əli Orucov yaymayıb”. Bu açıqlamanı APA-ya AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov verib.

O, Ə. Orucovun istefaya getdikdən bir ay sonra bu xəbəri mətbuata çıxarmasını təəccüblə qarşıladığını vurğulayıb: “Biz yanvarın 5-də Siyasi Şuranın toplantısında İctimai Palatanın Koordinasiya Şurasında iştirakı məqbul hesab etməmişik. Buna görə də Əli Orucov Koordinasiya Şurasının üzvlüyünə namizədliyini geri götürüb. AMİP üzvlərinə İctimai Palatada fəaliyyətə qadağa qoyulması da yanlış fikirdir. Biz sadəcə Koordinasiya Şurasında iştirakdan imtina etmişik”.

R. Bayramov Ə. Orucovun partiyanın qərargahına gəlib-getdiyini də söyləyib: “Əli Orucov bir dünən olmayıb, bir də bu gün. O, Mərkəzi Şuranın üzvüdür”.

R. Bayramov AMİP Qadınlar Şurasının sədr müavini Sənubər İsayevanın APA-ya açıqladığı fikirlərin səhv olduğunu, onun açıqlamaları ilə bağlı partiyanın Nizam-İntizam Komissiyasının müvafiq addımlar atacağını gözlədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR