Bank Of Baku

Azərbaycanda beş partiyanın yaratdığı hərəkatın adı açıqlanıb

Azərbaycanda beş partiyanın yaratdığı hərəkatın adı açıqlanıb
# 09 yanvar 2012 14:56 (UTC +04:00)
KXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Orucun iştirakı ilə keçirilən yığıncaqda yeni qurumun Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı adlandırılması qərara alınıb. Hərəkatın fəaliyyət istiqamətləri və strukturu ilə bağlı razılaşmalar əldə edilib.

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı - siyasi partiyaların, ictimai təşkilatların, gənclər təşkilatlarının, istiqlalçı millət vəkillərinin və ziyalıların iştirakı ilə 2012-ci il yanvar ayının 12-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR