Bank Of Baku

Gülağa Aslanlı: “Həbsdə olan şəxsin partiya başqanı olmasında heç bir problem yoxdur”

Gülağa Aslanlı: “Həbsdə olan şəxsin partiya başqanı olmasında heç bir problem yoxdur”
# 09 yanvar 2012 15:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Müsavat Partiyası Məclisinin sonuncu toplantısından sonra partiya başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilib. Partiyanın istənilən üzvü başqanlığa namizədlik arzusunu bildirə bilər. Lakin hələlik rəsmi qaydada başqanlığa namizədliyini irəli sürən olmayıb”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. O, partiya başqanın digər müavini Arif Hacılının namizədliyinin məhkəmədə müsavatçılar Osman Kazım və Tural Abbaslı tərəfindən irəli sürüldüyünü xatırladıb: “Amma bu namizədliyin rəsmiləşməsi üçün Arif Hacılının özünün müraciət ərizəsi olmalıdır. Məncə, bu da olacaq”.

G. Aslanlı həbsdə olan şəxsin Müsavat Partiyasının başqanı olmasında problem olmadığını söyləyib. Onun sözlərinə görə, partiyanın Nizamnaməsində bununla bağlı məhdudiyyət yoxdur: “Biz bilirik ki, Arif Hacılı heç bir cinayət törətməyib. Onun heç bir cinayət əməli olmadığı üçün başqanlığa namizədliyinin irəli sürülməsində heç bir maneəçilik yoxdur”.

G. Aslanlı qurultay keçirilməsi məqsədilə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacağını bildirib.

Xatırladaq ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilmiş sonuncu toplantısında partiyanın VIII qurultayının bu il martın 3-4-də keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR