Bank Of Baku

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təqdimatı keçirilib - YENİLƏNİB

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təqdimatı keçirilib - <font color=red>YENİLƏNİB</font>
# 10 yanvar 2012 08:34 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə hökumət nümayəndələri, deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyəti barədə danışıb. O, proqramın icra olunmasında KİV-lə vətəndaş cəmiyyətinin əməkdaşlığının zəruriliyini vurğulayıb.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Milli Fəaliyyət Proqramının strukturu, mahiyyəti ilə bağlı məlumat verib. O deyib ki, Milli Fəaliyyət Proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkib hissəsini təşkil edir. Ç. Əsgərovun sözlərinə görə, sənədin hazırlanaraq təsdiqlənməsi həm də onu göstərir ki, insan haqları, bu sahədə səmərəliliyin artırılması dövlətin və dövlət başçısının diqqətində olan prioritet məsələlərdəndir.

Tədbirdə deputat, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Milli Fəaliyyət Proqramının Azərbaycanda son illərdə hazırlanmış ən ciddi sənədlərdən biri olduğunu söyləyib.

ATƏT-in Bakı Ofisinin Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martiner Milli Fəaliyyət Proqramının qəbulunu yüksək qiymətləndirib.

Ədliyyə Nazirliyinin insan hüquqları üzrə şöbəsinin rəisi Faiq Qurbanov isə deyib ki, Milli Fəaliyyət Proqramının qəbulundan sonra nazirlikdə kollegiya iclası keçirilib və Xüsusi tədbirlər Proqramının hazırlanmasına başlanılıb.

Tədbirdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov və başqaları Milli Fəaliyyət Proqrammı ilə bağlı fikirlərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR