Bank Of Baku

Avropa Məhkəməsi Əli Kərimli, Arif Hacılı, Sərdar Cəlaloğlu və Qulamhüseyn Əlibəyli ilə bağlı qərarını açıqlayıb

Avropa Məhkəməsi Əli Kərimli, Arif Hacılı, Sərdar Cəlaloğlu və Qulamhüseyn Əlibəyli ilə bağlı qərarını açıqlayıb
# 10 yanvar 2012 12:08 (UTC +04:00)
Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, qərara əsasən, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 3-cü (azad seçki hüququ) və 14-cü (ayrı-seçkilik) maddələri pozulub. Məhkəmənin qərarında, həmçinin Azərbaycan hökuməti tərəfindən Əli Kərimliyə maddi ziyana görə 20 min, mənəvi ziyana görə 7 min 500, hüquqi xidmətlərə görə 3 min avro, Qulamhüseyn Əlibəyliyə mənəvi ziyana görə 7 min 500, hüquqi xidmətə görə 3 min avro, Arif Hacılı və Sərdar Cəlaloğlunun hər birinə isə mənəvi ziyana görə 7 min 500, hüquqi xidmətlərə görə isə 1 600 avro ödənilməli olduğu qeyd olunub.

Qeyd edək ki, həmin şəxslər iddialarında bildiriblər ki, 2005-ci ildə parlament seçkilərində deputat seçilsələr də, Arif Hacılı və Sərdar Məmmədovun deputatlığı Mərkəzi Seçki Komissiyası (MSK), Əli Kərimli və Qulamhüseyn Əlibəylinin deputatlığı isə Konsitutsiya Məhkəməsi (KM) tərəfindən ləğv olunub.

Bundan sonra həmin şəxslər Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR