Bank Of Baku

Fuad Muxtarov: “AMİP rəhbərliyi həm Əli Orucova, həm də təşkilatda əməyi olan digər şəxslərə qayğı göstərməlidir”

Fuad Muxtarov: “AMİP rəhbərliyi həm Əli Orucova, həm də təşkilatda əməyi olan digər şəxslərə qayğı göstərməlidir”
# 10 yanvar 2012 15:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Partiyalar Nizamnamə ilə idarə olunur. Amma onu da başa düşmək lazımdır ki, istənilən partiya könüllülərdən ibarət təşkilatdır və burada uzun illər əməyi olan insanların üzünə qapıları bağlamaq doğru deyil. Bu cür hallara yol verilməməlidir. Həm Əli Orucova, həm də əməyi olan digər şəxslərə AMİP rəhbərliyi qayğı göstərməlidir və onların istəklərinə cavab verməlidir. Narazılıqların qarşısı alınmalıdır”. Bu sözləri APA-ya açıqlamasında AMİP Siyasi Şurasının üzvü, partiyanın keçmiş baş katibi və qurumda bir müddət sədr vəzifəsini icra etmiş Fuad Muxtarov deyib.

F. Muxtarov bildirib ki, hadisələrin hazırkı inkişafından narahatdır: “AMİP yenə də daxili qalmaqallarla gündəmə gəlir. Belə hal AMİP-çiləri qane etmir. Son günlər sadə partiya üzvlərinin bununla bağlı suallarını cavablandırmaq məcburiyyətində qalıram. Onlar hadisələrə nə üçün biganə qaldığımı soruşurlar. Buradan bildirirəm ki, proseslərə biganə deyiləm. Müşahidə edirəm ki, tərəflər qarşılıqlı kompromisə nə zaman gələcəklər. Son günlər müzakirələrin və mübahisələrin daha geniş müstəviyə çıxması onu göstərir ki, hər iki tərəf bu prosesdə güzəştə getmək niyyətində deyil. Bu, xoşagəlməz mənzərədir”.

F. Muxtarov baş verənlərlə bağlı fikirlərini partiya rəhbərliyinə çatdırdığını söyləyib: “Onları bir daha düşünməyə, qarşılıqlı kompromisə çağırıram. Əks təqdirdə, qarşısıalınmaz, AMİP üçün zərərli olacaq proseslər baş verə bilər. Ox yaydan çıxmamış bu məsələni həll etməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR