Bank Of Baku

Əli Əhmədov: “Ermənistanın sadə insanları öz siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər”

Əli Əhmədov: “Ermənistanın sadə insanları öz siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər”
# 11 yanvar 2012 13:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Əgər belə bir görüş baş tutacaqsa, təbii ki, ondan nəsə gözləmək olar. Çünki görüşdən heç nə gözləməsək, o görüşə getməyin heç mənası olmazdı”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-24-də Soçidə keçirilməsi gözlənilən görüşü ilə bağlı fikirlərini açıqlayarkən deyib. O bildirib ki, Azərbaycanın siyasətində münaqişənin dinc yolla həll olunması prioritet istiqamətdir: “Biz hesab edirik ki, danışıqların uzun müddət davam etməsinə baxmayaraq, onun potensialı tükənməyib. Hələ də münaqişənin dinc yol və vasitələrlə nizama salınması ehtimalı qalır. Buna görə də Azərbaycan danışıqlar prosesində iştirak edir. Bu mənada növbəti danışıqdan da gözləntimiz ondan ibarətdir ki, nəhayət, Ermənistan qeyri-konstruktiv mövqeyinə son qoysun və danışıqlar masası ətrafında ədalətli şəkildə münaqişənin nizama salınması ilə bağlı qərar qəbul etsin. Belə qərarı təkcə Azərbaycan ictimaiyyəti və cəmiyyəti gözləmir. Ermənistanın iqtisadi sıxıntılar və demoqrafik fəlakətlər içərisində yaşayan sadə insanları da bu qərarı çoxdan gözləyir. Sadəcə, Ermənistanın həmin sadə insanları da siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər. Düşünürük ki, Ermənistan siyasətçiləri bunu dərk edəcək və münaqişənin həlli üçün cəsarət tələb edən addımları ata biləcəklər. Gözləntilərimiz bundan ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR