Bank Of Baku

ADP və AMİP rəhbərliyi arasında görüş keçirilib

ADP və AMİP rəhbərliyi arasında görüş keçirilib
# 12 yanvar 2012 12:36 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli İstiqlal Partiyasının təşəbbüsü ilə ADP-nin mərkəzi qərargahında hər iki partiyanın rəhbərliyi arasında görüş keçirilib. ADP-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyət və müxalif partiyaların ikili və çoxtərəfli qaydada inteqrasiyası, qarşıdan gələn dövr ərzində bu əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

Görüşdə AMİP tərəfdən partiyanın sədri Y. Bağırzadə, Baş Qərargahın sədri A. Əlizadə, Siyasi Şuranın sədri R. Bayramov və Siyasi Şuranın üzvü A. Əliyev, ADP tərəfdən sədr S. Cəlaloğlu, Ali Məclisin sədri V. Şirinov, sədrin seçki məsələləri üzrə müavini T. Əliyev və partiyanın mətbuat xidmətinin rəhbəri N. İsmayılov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR