İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanı olub-olmaması ilə bağlı partiyada yekdil fikir yoxdur
O bildirib ki, İ. Qəmbərin başqan kimi qalması partiyada, həm də cəmiyyətdə çoxluğun rəyidir: “Təxminən bir il-il yarım öncə İsa bəyi başqanlıqdan getməməyə, hətta partiya qərargahının qarşısında çadırlar quraraq ondan iş başında qalmasını tələb etmək addımları atmağa çağırmışam. Amma Nizamnamə tələblərinə riayət edərək başqanlıqdan getməklə bağlı qərar İsa bəyin özünün olduğuna görə, çox şey etmək, həyata keçirmək mümkün olmayıb. İndi növbəti bir dalğa gəlib, partiyanın rəhbərliyində olan insanlar fikirləşirlər ki, İsa bəy başqanlıqdan getməməlidir, bunun da yolu Nizamnamədən məhdudlaşdırıcı maddənin götürülməsidir. Belə təşəbbüslər var və mənə də məlumdur. Lakin mən hələlik heç bir təşəbbüsə qoşulmuram. Sadəcə, partiyanın sıravi üzvü və qurultay nümayəndəsi kimi proseslərin gedişini izləyirəm. Bir neçə dəfə demişəm, bir daha təkrar edirəm: Müsavat Partiyasının daxilində onlarla layiqli insan var ki, Müsavatın başqanı ola bilər. Onlardan bir neçəsi iddialarını bu və ya digər şəkildə ortaya qoyub, buna da sıcaq baxıram. Qurultay ərəfəsində, yaxud qurultay günündə namizədlər çoxsaylı olarsa, onların içərisində seçim edəcəyəm. Yaxud namizəd bir nəfər olarsa, həmin namizədə münasibətimi səsvermə ilə bildirəcək, prosesdə iştirak edəcəyəm ”.
“Müsavat Partiyasının başqanı postuna elə bir şəxs seçilə bilərmi ki, nəticədə partiyadan istefa verməli olasınız” sualına isə R. Arifoğlu belə cavab verib: “Hələ ki, məni partiyadan ayıra biləcək şəxs iddiasını ortaya qoymayıb. Mənim bu partiya ilə 22-23 illik bağlılığım var. Bu mənim üçün çox ağrılı bir proses olardı. Ümid edirəm ki, hər şey Müsavat Partiyası və Azərbaycan üçün yaxşı olacaq. Yəni, ya uyğun namizəd seçiləcək, ya da İsa
bəy minlərlə partiya üzvünün təkidli tələbi ilə öz postunda qalacaq”.
“Müsavat Partiyasının başqanlığına iki dəfədən artıq seçilməyi məhdudlaşdıran müddəanın dəyişdirilməsini vaxtilə müsavatçılar, o cümlədən Arif Hacılı da, mən də təklif etmişik. Amma bu məsələ bitib. Bu məsələnin yenidən gündəmə daşınmasının mənası yoxdur. Hətta həmin müddəa İsa bəyin iradəsinə ziddi olaraq dəyişdirilsə belə, İsa bəy namizədliyini irəli sürməyəcəyini söyləyib. Yəni, bu məsələ artıq bitib”. Bunu isə APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanlığına ən real namizədlərdən olan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib. O bildirib ki, Müsavat Azərbaycanın ana müxalifət partiyasıdır, buna görə də bu qurumun başqanlığı uğrunda rəqabət gözləntisi şübhəsizdir: “Ancaq Müsavat Partiyasında seçkilər həmişə demokratik təşkil olunub, yenə də demokratik olacaq. Müsavatçılar namizədlərin arasından ən layiqlisini seçəcək. İndiki müzakirələri də normal sayıram”.
Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyubun “Amma mən hesab edirəm ki, Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir” deyərək birbaşa A. Hacılıya qarşı çıxmasına gəlincə, M. Hacıbəylinin münasibəti belə olub: “Bu açıqlama onun hüququdur. Bu mövqe, məncə, şəxsi münasibətdən irəli gələ bilər”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya deyib ki, partiyanın VI qurultayında Nizamnaməyə bir şəxsin iki dəfədən artıq başqan seçilməsini qadağan edən müddəanın salınması demokratik addım olub: “Müsavat Partiyası ənənələrinə sadiq qalaraq, belə bir dəyişikliyi qəbul edib. Məncə, dünya praktikasında belə bir müddəa yalnız Müsavat Partiyasında var. Bu dəyişikliyi o zaman da alqışlamışam, indi də alqışlayıram. Amma hər bir partiyanın qurultayının xüsusi səlahiyyəti var. Qurultay istənilən vaxt istənilən maddədə dəyişiklik edə bilər. Şəraitə, zamana, ölkədəki vəziyyətə uyğun dəyişiklik olması mümkündür. Mən Nizamnaməyə dəyişiklik ehtimalını elə ehtimal kimi saxlayıram. Partiya qurultayının buna haqqı, səlahiyyəti var”.
G. Aslanlı Nizamnamədə bir şəxsin iki dəfədən artıq başqan seçilməsinin qarşısını alan maddənin saxlanılmasının tərəfdarı olduğunu da vurğulayıb: “Məncə, Müsavat Partiyası həmin maddənin saxlanılması, yaxud ləğv edilməsi ilə böyük itkilərə məruz qalmayacaq. Partiya yenə də irəliyə doğru addımlaya biləcək”.
Xatırladaq ki, Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya açıqlamasında başqanlıqla bağlı məhdudiyyətin Nizamnamədən çıxarılması və İsa Qəmbərin yenidən başqan seçilməsinin birmənalı tərəfdarı olduğunu vurğulayıb.
Müsavat Partiyasının indiki Nizamnaməsinə görə, hazırkı başqan İsa Qəmbər namizədliyini irəli sürə bilməz. İ. Qəmbər özü də dəfələrlə mətbuata müsahibələrində partiyanın VIII qurultayında başqanlığa namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Müsavat Partiyasının VIII qurultayının bu il martın 3-4-də keçirilməsi qərara alınıb.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib