Bank Of Baku

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı keçirilib - FOTO

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı keçirilib - <font color=red>FOTO</font>
# 12 yanvar 2012 14:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı keçirilib. APA-nın məlumatına görə, KXCP sədri Mirmahmud Mirəlioğlu yeni təsis olunan qurumun əhəmiyyəti haqqında danışıb. O, qurumun Əsasnaməsinin qəbul edildiyini söyləyib.

Sonra Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc və Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Miralim Bəhrəmov Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis olunması ilə bağlı saziş imzalayıblar.

Ə. Oruc, Q. Əlibəyli və V. Mahmudov hərəkat modelinin geniş imkanlara malik olduğunu və bu hərəkatda cəmiyyətin bütün təbəqələrinin iştirakının mümkünlüyünü bildiriblər. Onlar qeyd ediblər ki, hərəkatın formalaşması üçün cəmiyyətin, ölkənin ictimai-siyasi qurumlarının dəstəyinə ehtiyac var.

Yığıncağa Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev ABŞ-dan telefon vasitəsilə qoşulub. O, hərəkatın fəaliyyəti və Azərbaycandakı ictimai-siyasi proseslər, korrupsiya halları ilə bağlı danışıb: “Kənardan belə görünür ki, Azərbaycan xalqı öz taleyi ilə razılaşıb. Dağlıq Qarabağ problemi Azərbaycanda demokratik mühitin yaradılması ilə həll edilə bilər. Bu problemin yolu demokratik seçkilərdən keçir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR