Bank Of Baku

Əli Əhmədov bir qrup mədəniyyət və incəsənət işçisinə YAP-ın üzvlük vəsiqələrini təqdim edib - FOTOSESSİYA

Əli Əhmədov bir qrup mədəniyyət və incəsənət işçisinə YAP-ın üzvlük vəsiqələrini təqdim edib - <font color=red>FOTOSESSİYA</font>
# 13 yanvar 2012 10:07 (UTC +04:00)
APA-nın məlumatına görə, YAP-ın baş ofisində keçirilən tədbirdə çıxış edən partiyanın icra katibi Əli Əhmədov bildirib ki, bu gün üzvlük vəsiqəsi alan aktyor, müğənni və rəssamlar YAP-ın bütün tədbirlərində fəal üzv kimi iştirak edib. Ə. Əhmədov, həmçinin əlavə edib ki, bu gün Azərbaycanda yaradıcı insanların yaşaması və işləməsi üçün mühit mövcuddur: «Son illər Azərbaycan sürətlə dəyişir. Ölkədəki sabitliyi daxildən və xaricdən pozmağa cəhdlər olsa da buna nail ola bilməyiblər».

YAP üzvlərinin sayının 560 minə yaxınlaşdığını deyən partiya rəsmisi yaxın vaxtlarda bunun 600 minə çatacağını vurğulayıb. Sonda partiya biletləri yeni üzvlərə təqdim edilib.

Qeyd edək ki, bu gün YAP üzvlük vəsiqəsi alanların sırasında müğənni Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan), Lalə Məmmədova, aktyor Elməddin Cəfərov və digərləri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR