Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Demokratiya Uğrunda Müqavimət Hərəkatı siyasi və ya seçki bloku deyil”

Qulamhüseyn Əlibəyli: “Demokratiya Uğrunda Müqavimət Hərəkatı siyasi və ya seçki bloku deyil”
# 13 yanvar 2012 11:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanda partiyaların siyasi proseslərə təsir imkanları nisbətən zəifdir”. Bu açıqlamanı APA-ya Demokratiya Uğrunda Müqavimət Hərəkatının həmtəsisçisi, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli verib. O deyib ki, birliklərin yaranması isə siyasi proseslərə müəyyən qədər təsir etmək imkanı yaradır: “Hesab edirəm ki, müxalifətdə olan birliklər arasında əməkdaşlığa səbəb olacaq meylləri axtarıb tapmaq olar”.

Demokratiya Uğrunda Müqavimət Hərəkatının siyasi blok və ya seçki bloku olmadığını xatırladan Q. Əlibəyli bildirib ki, təmsil etdiyi partiya demokratik seçki mühitinin formalaşması istiqamətində hərəkat çərçivəsində istənilən qüvvə və müxtəlif istiqamətli təşkilatla əməkdaşlığa hazırdır: “Bu hərəkatda həm Açıq Cəmiyyət Partiyası, həm Liberal Demokrat Partiyası və digər fərqli baxışları olan siyasi qurumlar da təmsil olunur. Demokratik seçki mühitinin formalaşması uğrunda həmin təşkilatlarla əməkdaşlığı normal sayıram”.

Q. Əlibəyli Demokratiya Uğrunda Müqavimət Hərəkatının strukturu haqqında da ilkin məlumat verib: “Hərəkatda təmsil olunan partiya rəhbərlərinin təmsil olunduğu ilkin İdarə Heyəti artıq formalaşıb. Lakin hərəkatın Məclisi də yaradılacaq və bu günlərdə həmin strukturla bağlı yekun qərarın verilməsi gözlənilir. Məclis formalaşdırılandan sonra İdarə Heyətinin tərkibi genişləndiriləcək. Sonra fəaliyyət proqramı müəyyənləşəcək”. O, hərəkatın bölgələrdə də təşkilatlarının olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR