Qubad İbadoğlu: “İsa Qəmbər növbəti prezident seçkiləri üçün müxalifətin ən layiqli, ən şanslı namizədidir” - MÜSAHİBƏ
- Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, partiyanın Nizamnaməsindən bir şəxsin iki dəfədən artıq başqan seçilməsini məhdudlaşdıran müddəa götürülməli və İsa Qəmbər yenidən başqan seçilməlidir. Bu təklifə münasibətiniz necədir?
- Hər bir partiya üzvünün, təəssübkeşinin, funksionerinin bu istiqamətdə müraciət etmək, təklif irəli sürmək hüququ var. Bunlara hörmətlə yanaşıram. Bu, İsa bəyin indiyə qədərki xidmətlərindən, cəmiyyətdəki mövqelərindən, həm də partiyada rəhbər dəyişikliyindən yaranacaq narahatlıqdan yaranan müraciətdir. Bu baxımdan, bu cür təklifləri normal qarşılayıram. Hesab edirəm ki, bu müzakirələr davam etməlidir. Amma onu da bilmək lazımdır ki, məhz İsa bəy özü Nizamnamədə bir şəxsin iki dəfədən artıq başqan seçilməsini əngəlləyən müddəanın müəllifi, təəssübkeşi olub. Bununla da o, növbəti bir demokratik ənənə gətirib, strateji baxış, alternativlər yaratmaq imkanlarını ortaya qoyub. Hesab edirəm ki, bu dəyişiklik şansını dəyərləndirmək lazımdır. Biz çalışmalıyıq ki, bu cür dəyişikliklər həm Müsavat Partiyası, həm də Azərbaycan üçün müsbət nəticələr versin. Bu, Azərbaycan cəmiyyəti üçün çox yaxşı bir nümunə ola bilər.
- Siz Müsavat Partiyasının başqanlığına namizədliyinizi irəli sürməklə bağlı qərar vermisinizmi?
- Bu qərarı başqanlığa namizədliklə bağlı prosesə rəsmi start verildikdən sonra elan etmək daha düzgün olardı. Hələ bu prosesə rəsmi start verilməyib. Start verildikdən sonra yekun qərarımı açıqlayacağam. Hesab edirəm ki, Müsavat Partiyası şərəfli tarixinə layiq başqan seçməlidir. Amma bəri başdan deyə bilərəm ki, biz yanvarın 16-da Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağını keçirəcək və qurultayqabağı dövrdə müəyyən qərarlar verəcəyik. Bu qərarlar həm təşkilati məsələlər, həm də partiya Nizamnaməsinin təkmilləşdirilməsi, hazırkı proqram sənədinin müasirləşdirilməsi istiqamətində olacaq. Mən Təşkilat Komitəsinin Proqram və Nizamnamə Qrupuna məsulam. Biz artıq partiyanın Nizamnaməsinə dəyişikliklər layihəsini bir neçə dəfə müzakirə etmişik. Hesab edirəm ki, vacib dəyişikliklərdən biri partiya başqanı və onun fəaliyyət müddəti ilə bağlı olmalıdır. Şəxsən mən hesab edirəm ki, partiyanın qurultayı indiki kimi uzun müddətdən bir deyil, iki ildən bir keçirilməlidir. Başqanın səlahiyyət müddətinin azaldılması ilə bağlı təklif şəxsən mənim öz təklifimdir. Digər təkliflərlə yanaşı, bu təklifi də irəli sürəcəyəm. Başqa təkliflər də var, məsələn başqanın statusu haqqında. Təbii ki, dəyişikliklərlə bağlı son qərarı qurultay verəcək.
- Belə bir məlumat var ki, Arif Hacılı başqan seçiləcəyi halda bir neçə şəxs Müsavat Partiyasından istefa verəcək. Həmin şəxslərin arasında Sizin də adınız çəkilir. Bu məlumat nə qədər həqiqətdir?
- Sözün düzü, məndə partiyada kiminsə seçiləcəyi halda kimlərinsə istefa verəcəyi ilə bağlı məlumat yoxdur. Məlumat yoxdursa, deməli, mənim adımın dediyiniz siyahıda olması da mümkün deyil. Düzdür, partiyada hamının qəbul etdiyi yeganə namizəd var və bu şəxs də partiyanın hazırkı başqanıdır. Adı mətbuatda hallanan namizədlərə gəlincə, onlara partiyadaxili münasibətlər fərqlidir. Mən bunu normal qəbul edirəm, hesab edirəm ki, belə də olmalıdır. Əslində, belə bir məsuliyyətli dövrdə bu cür müzakirələr partiyadaxili demokratiyanın bir göstəricisidir. Müxtəlif mövqelər və müzakirələr ən mükəmməl variantın tapılması üçün vacibdir. Bir şeyi də deyim ki, mən Müsavat Partiyasının həm tarixinə, həm ideologiyasına, keçmiş və indiki fəaliyyətinə və digər məsələlərə önəm verərək bu partiyada təmsil olunmuşam. Amma bütün bunlarla yanaşı, mənim üçün də partiya başqanının kim olması da çox önəmli məsələdir.
- Sonuncu cümlənizdən belə anlaşılır ki, Siz də Müsavat Partiyasından gedə bilərsiniz, bu, yeni başqanın kimliyindən asılıdır...
- Sözün düzü, bu barədə düşünmürəm. Mən “partiya başqanının kim olması çox önəmlidir” deyərkən bildirmək istəyirəm ki, öz məsuliyyətimi dərk edərək bu prosesdə ən düzgün qərarların qəbul edilməsinə qarışmaq, bu qərarların qəbul edilməsində fəal iştirak etmək niyyətindəyəm. Yəni mənim ifadəmi də həmin mənada qəbul etmək lazımdır. Hesab edirəm ki, bizlər, xüsusilə də partiya rəhbərliyinə daxil olan şəxslər daha çox məsuliyyət daşıyırlar və odur ki, biz o məsuliyyətimizi daha tez və dərindən dərk etməliyik. Şübhəsiz ki, bu mənada partiyanın növbəti qurultayı, başqanın seçilməsi məsələləri mənim üçün çox önəmli məsələlərdir.
- Müsavat Partiyası Divanındakı həmkarınız Vurğun Əyyub deyib ki, “Namizəd olmasam, digər bir namizədi dəstəkləyəcəyəm. Hələlik müdafiə edəcəyim namizədin adını çəkmək istəmirəm”. “Yeni Müsavat” qəzeti onun müdafiə edəcəyi namizədin Qubad İbadoğlu olduğunu yazıb. Doğrudanmı Vurğun Əyyub özü namizəd olmasa Sizi dəstəkləyəcək?
- Bu, qəzetin irəli sürdüyü bir versiyadır. Ola bilsin ki, bu versiya Vurğun bəylə bizim isti münasibətlərimizdən yaranıb. Əslində, biz bu məsələləri birgə müzakirə edərək qərar vermək niyyətindəyik. Şəxsən mən hesab edirəm ki, Müsavat Partiyasının başqanlığına ən layiqli namizədlərdən biri məhz Vurğun Əyyubdur. Həm təcrübəsinə, həm nüfuzuna, həm ictimai rəydəki mövqeyinə görə o, bu posta layiqdir. O cümlədən mən Arif bəyi, Arzu bəyi də başqanlığa haqqı daha çox olan şəxslər hesab edirəm. Müsavatda bu posta namizəd ola biləcək xeyli insan var. İstənilən halda bugünkü gündə onların hər birinin, xüsusilə də Arzu bəyin məsuliyyətli çıxışını başa düşür və narahatlığını anlayıram.
- Namizədliyinizi irəli sürəcəyiniz halda İsa Qəmbərlə də məsləhətləşəcəksinizmi?
- Mən namizədliyimi irəli sürərəmsə, bununla bağlı ilk növbədə partiyanın başqanı ilə, partiyanın qurucuları, onu bizə əmanət verənlərlə və partiyanın rəhbərliyi, hətta fikirlərinə hörmət etdiyim sıravi üzvləri ilə məsləhətləşib müzakirələr aparmaq fikrindəyəm. Çünki partiyamız indi bir mərhələdən digərinə keçid dövrünü yaşayır. Qurultay partiyaya yeni güc, enerji gətirməli və yaxud bunun üçün əsaslar yaratmalıdır ki, partiyamız 2013-cü il prezident seçkilərindəki namizədini biz az da güclənmiş Müsavat Partiyası adından müdafiə edə bilsin. Qurultayda partiyamızın prezidentliyə namizədi ilə bağlı hansısa qərar olacaqsa, yəqin ki, həmin qərarın qəbul edilməsində iştirak edən şəxslərdən biri mən olacağam.
- Siz özünüzü partiya başqanlığına namizədlikdə adı hallandırılan Arif Hacılı və Arzu Səmədbəyli ilə müqayisədə nə qədər şanslı sayırsınız?
- Hər iki şəxsin, həm də Vurğun bəyin partiyadakı rolunu və xidmətlərini yüksək qiymətləndirirəm. Biz onlarla silahdaşıq. Onlar istənilən siyasətçi üçün kifayət qədər güclü rəqiblərdir. Mən namizədliyimi versəm, bunları nəzərə alıb qərar qəbul edəcəyəm.
- İsa Qəmbər 2013-cü il prezident seçkiləri zamanı Müsavat başqanı olmadan prezidentliyə namizəd kimi irəli sürülə bilərmi?
- Bunun biri digərinə mane olmur. İsa bəy Müsavat başqanı kimi də prezidentliyə namizəd ola bilər, partiyanın sıravi üzvü kimi də. Bu şansa və haqqa istənilən halda o, daha çox malikdir. Mən əminəm ki, İsa bəy nəinki Müsavat Partiyası, həm də ümumilikdə demokratik düşərgə tərəfindən dəstəklənəcək. Amma bu barədə son qərarı partiyanın qurultayı verəcək. Odur ki, qurultayın qərarına hörmətlə yanaşacağam. Amma istənilən halda mövqeyimi bildirməliyəm ki, 2013-cü il seçkilərində ən layiqli namizədimiz İsa Qəmbərdir.
- Deməli, mart ayında keçiriləcək qurultayda həm də Müsavat Partiyasının prezidentliyə namizədi müəyyənləşəcək?
- Bu, istisna olunmur və gözləniləndir. Çünki növbəti ildə prezident seçkiləridir. Mən partiyamızın alternativsiz namizədinin İsa Qəmbər olacağına şübhə etmirəm.
- İsa Qəmbər müxalifətin vahid namizədi ola bilər, yoxsa AXCP sədri Əli Kərimlini ona rəqib sayırsınız?
- Bu müzakirələr hələ başlamayıb. Amma bəri başdan deyim ki, İsa bəy növbəti prezident seçkiləri üçün müxalifətin ən layiqli, ən şanslı namizədidir.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub
Füzulidə açıq ərazilərdə yanğın baş verib
Fransa Livanda beynəlxalq qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb
İsrail Qəzzada HAMAS-ın hərbi obyektini vurub
Xarici qonaqlar Şuşada Qarabağ küçəsi ilə tanış olublar
Kəlbəcərdə yeniyetmə çaya düşüb
İsraildə növbəti parlament seçkilərinin tarixi açıqlanıb
İrana raket hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
FHN Abşeron ərazisində baş vermiş yanğının söndürülməsi ilə bağlı işlər görür
İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İranın Qeşm adasına 10-11 raket atılıb
İranın bəzi bölgələrində partlayış səsləri eşidilib
İnfantino: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 ola bilər
ABŞ-ın BMT-dəki nümayəndəsi: İranla atəşkəs faktiki olaraq pozulub
Gəncədə 8 nəfər yas mərasimində zəhərlənib - YENİLƏNİB
SEPAH ABŞ-ın qanadlı raketini vurduğunu açıqlayıb
İran Körfəz ölkələrinə hücumlarını genişləndirir, Hörmüz boğazı bağlanıb
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - FOTOLENT - YENİLƏNİB
Türkiyənin Muğla və Diyarbəkir bölgələrində meşə yanğınları başlayıb
Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib - FOTOLENT
FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb
KİV: Rusiya qoşunları Ukraynanın Qrişino şəhərinə tam nəzarət edir
Türkiyəli müğənni Haluk Levent saxlanılıb
Yəmən İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib
Ukrayna MN müşaviri: Rusiya danışıqlardan əvvəl cəbhədən bütün obyektləri vurmağa çalışacaq
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Zelenski Baş nazir Sviridenkonun vəzifəsini dəyişir
SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini iddia edib
Amazon, Microsoft, Alphabet və Meta-nın milyardlıq AI planları açıqlanıb
Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Qətərdə gəmilərin dənizə çıxışı müvəqqəti qadağan edilib
Belqorodda avtomobildə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ və İran arasında hərbi qarşıdurma daha da dərinləşib, tərəflər qarşılıqlı zərbələr endirir
Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
İran Hörmüz boğazının yenidən bağlandığını bəyan edib
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Bu gün saat 15:00-da qəbul imtahanının düzgün cavabları təqdim olunacaq
Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Ukrayna hava hücumundan müdafiə sistemləri ballistik raketlərin 92%-ni hədəfə ala bilmir
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
Yol Polisi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Azərbaycanın bəzi rayonlarında dolu düşəcək - PROQNOZ
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib - YENİLƏNİB
Güclü leysan Gürcüstanın Telavi şəhərini su altında qoyub - VİDEO
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO
Marko Rubio Venesuelanı uzaqdan idarə edir