Bank Of Baku

AXCP Rəyasət Heyətində boş qalmış yerlərə seçki keçiriləcək

AXCP Rəyasət Heyətində boş qalmış yerlərə seçki keçiriləcək
# 16 yanvar 2012 08:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin növbəti toplantısının keçiriləcəyi tarix açıqlanıb. Partiya sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, toplantı yanvarın 21-nə təyin olunub.

Yığıncaqda AXCP-nin 2012-ci il üçün fəaliyyət planı qəbul ediləcək və Rəyasət Heyətində boş qalmış 2 yerə seçki keçiriləcək. Rəyasət Heyətinə namizədliyini yalnız AXCP Ali Məclisinin üzvü olan şəxslər irəli sürə bilər. F. Qəhrəmanlı namizədlərin çox olduğunu, Rəyasət Heyəti üzvlüyünə seçkilərin rəqabət mühiti şəraitində keçirilməsinin gözlənildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR