Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 16 yanvar 2012 11:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Toplantıda Türkmənçay müqaviləsinin ləğvi məsələsinin son günlər İranda müzakirəyə çıxarılması da diqqət mərkəzində olub. Məsələ ətrafında müzakirə aparan BAXCP İdarə Heyətinin üzvləri Azərbaycan torpaqlarının İran və Rusiya tərəfindən ilhaqına səbəb olan müqaviləyə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulayıblar. Bununla bağlı qəbul olunan açıqlamada deyilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Respublikasının Milli Məclisini Türkmənçay müqaviləsinə və onun doğurduğu nəticələrə hüquqi-siyasi qiymət verməyə çağırır. BAXCP hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan xalqına ikiyə bölünmüş xalq statusunun verilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası qarşısında məsələ qaldırmalıdır. BAXCP Azərbaycan torpaqlarının və Azərbaycan xalqının ikiyə bölündüyünü rəsmiləşdirmək məqsədilə Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılmasını labüd sayır".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR