Bank Of Baku

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin iclası keçirilib

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin iclası keçirilib
# 16 yanvar 2012 14:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin iclası keçirilib.

Hərəkatın həmtəsisçisi, Azadlıq Partiyasının sədri Əhməd Orucun APA-ya verdiyi məlumata görə, iclasda Gənclərin Koordinasiya Şurası yaradılıb, iş bölgüsü aparılıb, İdarə Heyətinin üzvlərinin sayının artırılması məsələsi də müzakirə olunub. İdarə Heyəti qərara alıb ki, ali icraedici qurumun üzvlərinin sayı Məclis tərəfindən müəyyənləşdiriləcək.

İclasda İdarə Heyətinin əsasnaməsi müəyyənləşib, hərəkatın rayon şöbələrinin və Məclisin formalaşdırılmasına dair qərar qəbul olunub. Ə. Oruc qeyd edib ki, Məclis təsisçilərdən və partiyaların nümayəndələrindən ibarət tərkibdə formalaşacaq: “Məclis üzvlərinin sayına məhdudiyyət qoyulmayacaq. Hərəkatın və İdarə Heyətinin yeni üzvləri isə Məclis tərəfindən seçiləcək”.

Toplantıda müxalifətdə olan digər təşkilatlara ünvanlanan müraciət də qəbul olunub. Müraciətdə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yaradılmasından bəzi müxalifət qurumlarının narahatlığı əsassız hesab olunub və bu partiyalara narahat olmamaq məsləhət görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR