Bank Of Baku

Müsavat rəhbərliyi partiyanın qurultayının Əl Oyunları İdman Sarayında keçirilməsi üçün BŞİH-ə müraciət edəcək

Müsavat rəhbərliyi partiyanın qurultayının Əl Oyunları İdman Sarayında keçirilməsi üçün BŞİH-ə müraciət edəcək
# 16 yanvar 2012 15:34 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Müsavat Partiyasının VIII Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib. Partiya başqanının müavini, komitənin üzvü Tofiq Yaqublunun APA-ya verdiyi məlumata görə, toplantıda əsasən Müsavat Partiyasının Nizamnaməsinə və Proqramına əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Bundan başqa, Təşkilat Komitəsi tərəfindən partiyanın qurultayının keçiriləcəyi yer də müəyyənləşdirilib. Belə ki, Müsavat Partiyasının VIII qurultayının Əl Oyunları İdman Sarayında keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbərliyinə müraciət edilməsi qərara alınıb. T. Yaqublu BŞİH rəhbərliyinə yanvarın 17-də müraciət olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR